Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kremldən Ermənistanın BCM-ə üzv olmasına münasibət

Kremldən Ermənistanın BCM-ə üzv olmasına münasibət

Tarix: 1 Fevral 2024 15:00

"Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmasının ikitərəfli münasibətlərə de-yure və de-fakto mənfi təsir göstərməməsi Rusiya üçün vacibdir".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri peskov deyib.

Onun sözlərinə görə, Moskva İrəvanla münasibətlərinə önəm verir və gələcəkdə inkişaf etdirmək niyyətindədir: "Burada şərh ediləsi bir şey yoxdur. Bu, ümumilikdə Ermənistanın suveren hüququdur. Lakin digər tərəfdən, bu qərarın ikitərəfli münasibətlərə mənfi təsir göstərməməsi bizim üçün vacibdir".

Qeyd edək ki, Ermənistan fevralın 1-dən rəsmi olaraq Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür. Ölkə Roma statutuna qoşulan 124-cü dövlət olub.


Etiketlər:  Kremldən Ermənistanın üzv olmasına münasibət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ