Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2024 15:34
Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili ölkənin hakim "Gürcü arzusu - demokratik Gürcüstan" partiyasının sədri seçilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hakim partiyanın Tbilisidə keçirilən 8-ci qurultayında qərar qəbul edilib. Sözügedən qərar yekdilliklə qəbul olunub.
Xatırladaq ki, Qaribaşvili yanvarın 29-u Baş nazir vəsifəsindən istefa verdiyini açıqlayıb. O bu vəzifəni iki dəfə - 2013-2015 və 2021-2024-cü illərdə icra edib.