Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2024 20:00
22 il əvvəl nümayiş etdirilmiş və hələ də unudulmayan "Klon" bütün dünyada hay-küy qoparmış ilk serial oldu. Onu həm müsəlmanlar, həm xristianlar, həm Qərb, həm də Şərq eyni maraqla izlədi. Yanvarın 30-da Zoraide rolunu oynayan aktrisa Candira Martini vəfat etdi.
Dünyaca məşhur layihədə iştirak edən digər aktyorların taleyi necə oldu, onlar indi necə görünürlər?
Sonxeber.net lent.az-a istinadən bu barədə məlumat verir.
Jade rolunun ifaçısı Covanna Antonelli
Braziliyalı aktrisa kifayət qədər parlaq karyera qurdu. 47 yaşlı aktrisa 3 dəfə ərə gedib, 3 uşağı var. Uşaqlardan birinin atası "Lukas" dır. Son partnyoru ilə vətəndaş nikahında yaşayır.
Murilou Benikio Lukas, Leo və Diogo rollarında
Sənətçinin 52 yaşı var. Seriala çəkilməzdən əvvəl onun Antonio adlı bir oğlu var idi. Lakin 2005-ci Jade rolunu oynayan Covanna Antonellidən Benisionun Petro adlı oğlu doğuldu.
İvete rolunda Vera Fisher
Fişerin indi 72 yaşı var. Onun iştirak etdiyi son film 2022-ci ildə yayımlanıb. Ola bilsin ki, yaşına görə İvete başqa yerdə oynamayacaq. Amma hər halda o, parlaq yaradıcılıq həyatı yaşayıb.
Letisiya Sabatella Lətifə rolunda
Sabatella 1991-ci ildə Angelo Antonio ilə evləndi. 1993-cü ildə bir qızı dünyaya gəldi. Ancaq 2003-cü ildə evlilik pozuldu. 2023-cü ildə həkimlər onun autism xəstəliyi olduğunu aşkar ediblər.
Xədicə rolunda Karla Diaz
Qızın cəmi 33 yaşı var, lakin o, artıq aktyorluq peşəsində uğur qazanıb. Həm də podiumda işləyir.
Antonio Calloni Məhəmməd rolunda
62 yaşlı aktyor "Klon" filmində iştirak etdikdən sonra başgicəlləndirici uğur qazana bilib. 2003-cü ildən 2012-ci ilə qədər serial və filmlərdə onlarla rol alıb. Lakin 2013-cü ildən sənətçi artıq film layihələrində iştirak etmir.