Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2024 07:22
Yəməndəki Husi üsyançıları Qırmızı dənizdə İsrailə gedən Britaniyaya məxsus ticarət gəmisinə hücum edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya deyib.
"Yəmən hərbi-dəniz qüvvələri Qırmızı dənizlə işğal olunmuş Fələstin ərazilərindəki limana gedən Britaniya ticarət gəmisinə gəmi əleyhinə raketlə zərbələr endirib", - deyə o bildirib.
Səriya gəminin adını və növünü açıqlamayıb.
Qeyd edək ki, bundan əvvəl Britaniya tərəfi Hüdeyda limanından 57 dəniz mili qərbdə gəmiyə hücum edildiyini bildirmişdi.