Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Diaspor Gəncləri İlham Əliyevin namizədliyini dəstəklədiklərini bəyan ediblər

Azərbaycan Diaspor Gəncləri İlham Əliyevin namizədliyini dəstəklədiklərini bəyan ediblər

Tarix: 2 Fevral 2024 20:00

Azərbaycan Prezidenti İlham Əliyevin düzgün, məntiqli və sistemli siyasəti nəticəsində xalqımızın milli yüksəliş mərhələsinə qədəm qoydu, gənclərimiz xaricdə özlərini qürurlu hiss etdi, qələbəmiz Azərbaycan torpağının ən parlaq səhifəsi oldu.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.net-a bildirilib ki, bu fikirləri Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti Anar Həsənov Budapeştdə Azərbaycan Evinin təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən Azərbaycan Diaspor Gənclərinin Beynəlxalq Forumundakı çıxışında səsləndirib.

"Faktiki olaraq Ali Baş Komandan İlham Əliyev Birinci Qarabağ savaşının məğlubiyyətindən sonra milli təfəkkürü zədələnmiş bir xalqı müharibəyə hazırlaya bildi, daxildəki fikirlərdə olan bölücülüyə qalib gəldi. Azərbaycan tarixinin son 100 illik tarixindəki bütün mərhələlərə baxsaq, hazırkı dövr qədər uğurlu dövr olmayıb. Bu qələbə bizi xoşbəxt edib. Gəlin, bizi nə xoşbəxt edirsə, onu qoruyaq!", - deyə Anar Həsənov vurğulayıb.

Macarıstanda Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyası (AYİD) sədri Ramil Şükürov diaspor gənci olaraq müstəqil və qüdrətli Azərbaycanın vətəndaşı olmağı ilə fəxr etdiyini söyləyib: "İşğala son qoymuş, öz ərazi bütövlüyünü təmin etmiş, dövlət suverenliyin tam bərpa etmiş Azərbaycanın qrurlu gənci kimi bu əlamətdar tədbirdə iştirak və çıxış etməyin iftixarını yaşayıram. Bir Azərbaycan gənci kimi öz seçimimi 27 sentyabr 2020-ci ildə bütün Azərbaycan xalqının bir dəmir yumruq kimi Sərkərdəsinin arxasında birləşdiyi, 23 aprel 2023-cü ildə Laçın dövlət sərhəd buraxılış məntəqəsi yaradılanda Liderini dəstəkləyəndə, 20 sentyabr 2023-cü ildə Müzəffər Ali Baş Komandanına güvəndiyi zaman etdim. Və nəhayət, şanlı bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdiyi, şan-şöhrətini bütün dünyaya yaydığı zaman seçimimin doğruluğuna bir da əmin oldum. 5 gün sonra həyatımda ilk dəfə olaraq illər əvvəl verdiyim qərarı artıq rəsmi olaraq təsdiqləmiş olacağam".

Avstriyada Anton Brukner adına Konservatoriyanın tələbəsi, pianoçu, Respublika və Beynəlxalq müsabiqlər laureatı Ayan Məmmədli qeyd edib ki, diaspor gənclərinin bu foruma bir araya gəlməsi dövlətimizin gənclərə diqqətinin bariz nümunəsidir: "Bu qədər gözəl, zəngin tarixə, mədəniyyə malik ölkənin övladı olduğum üçün hər zaman fəxr etmişəm. Prezidentimizin qətiyyətli rəhbərliyi, xalqımızın birliyi, ordumuzun rəşadəyi sayəsində biz qalib gəldik. Bu gün fəxrlə deyirəm ki, biz Qalib Ölkənin Qalib Vətəndaşlarıyıq".

Tədbirdə "American Red Cross"un Ukrayna qaçqınları proqramının rəhbəri Bəylər Talıbov, Seul İcra Hakimiyyəti Qanqnam Qlobal Mərkəzinin direktoru Nihat Xəlilzadə, "Leiden" Universitetində hüquq təhsili ixtısası üzrə təhsil alan Tuğrahan Aşk, İsveçrədə "Université de Genève"-də İqtisadiyyat ixtisası üzrə bakalavr Əminə Əhədova, Norveç-Azərbaycan Mədəniyyəti Cəmiyyətinin İdarə Heyətinin üzvü Günel İsmayılova, Avstriyada Anton Brukner adına Konservatoriyanın tələbəsi, pianoçu, Respublika və Beynəlxalq müsabiqlər laureatı Ayan Məmmədli, Ottava Universitetində Ətraf Mühitin Davamlılığı üzrə PhD tələbəsi, Ontario Davamlı Enerji Assosiasiyasının İdarə Heyətinin üzvü Emil Əliyev də çıxışlarında diaspor gənclərini və xaricdə yaşayan soydaşlarımızı fevralın 7-də keçiriləcək növbədənkənar seçkilərdə fəal iştirak etməyə və Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıblar.

Qeyd edək ki, "Post-münaqişə dövründə Azərbaycan diaspor gənclərinin fəaliyyəti: perspektivlər və çağırışlar" mövzusunda keçirilən Forumda Macarıstan daxil olmaqla, 40-a yaxın ölkədən 120 azərbaycanlı gənc iştirak edib. Tədbirə xaricdə fəaliyyət göstərən tələbə və gənclər təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların azərbaycanlı nümayəndələri, beynəlxalq müsabiqə laureatları, gənc sahibkarlar, həmçinin Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə, Diasporla İş üzrə Dovlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, eləcə də Gənclər və İdman Nazirliyinin əməkdaşı Rüstəm Abdullayev qatılıblar.

Tədbirin sonunda Forum iştirakçılarının bəyanatı qəbul olunub. Bəyanatda diaspor gəncləri 2024-cü ilin 7 fevral tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində fəal iştirak edəcəklərini, Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər: "Biz qalib dövlətin qalib gəncləri olaraq ölkəmizin gələcəyinin dünya miqyasında sayılan və hörmət edilən güclü liderlə bağlı olduğunu anlayır və ölkəmizi növbəti parlaq zəfərlərə doğru aparan yolda Qalib Xalqın Qalib Lideri ilə hər zaman olduğu kimi, yanaşı addımlamağa hazır olduğumuzu bəyan edirik".


Etiketlər:  Azərbaycan Diaspor Gəncləri İlham Əliyevin namizədliyini dəstəklədiklərini bəyan ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ