Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2024 21:10
Pentaqon rəhbəri Lloyd Ostin onkoloji xəstəliyinə baxmayaraq, istefa vermək niyyətində olmadığını açıqlayıb.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" yayıb.
Ostin mətbuat konfransı zamanı xəstəliyi ilə əlaqədar olaraq istefa verib-verməyəcəyi barədə suala "Xeyr" cavabını verib.
Pentaqon rəhbəri bir aylıq fasilədən sonra yanvarın 29-u yenidən işgüzar görüşlərinə başlayıb. Həmin gün o, NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb və ona hələ ki tam sağalmadığını bildirib.
Xatırladaq ki, ötən ilin dekabrın sonu Ostində prostat xərçəngi aşkar edilib və o əməliyyat olunub. O, bir müddət Vaşinqton yaxınlığında Uolter Ridd Milli Tibbi Mərkəzində müalicə alıb. Pentaqon nazirin xəstəxanaya yerləşdirilməsi barədə məlumatı Ağ Evə bir qədər gec xəbər verdiyindən məsələ ölkədə birmənalı qarşılanmayıb.