Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsident araşdırılır: dodaq oxuyan mütəxəssis müəyyən edəcək

İnsident araşdırılır: dodaq oxuyan mütəxəssis müəyyən edəcək

Tarix: 3 Fevral 2024 10:42

İspaniyada Cude Bellinqemlə Meyson Qrinvud arasındakı insident araşdırılacaq.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, daha əvvəl sosial şəbəkələrdə yayılan bir videoda "Real"ın oyunçusunun ikinci hissədəki epizodlardan birində Qrinvudu "təcavüzkar" adlandırdığı iddia edilirdi.

Bununla belə, sosial şəbəkələrdə başqa versiya da var: guya Bellinqem təcavüzkar deyil ("zorlayan"), "zibil" ifadəsini işlədib.

"Marca" xəbər verir ki, "Real"ın futbolçusunun konkret nə dediyini dodaq oxuyan mütəxəssis müəyyən edəcək.

Bellinqemin Qrinvudu təhqir etdiyi sübut olunarsa, İspaniya Kral Futbol Federasiyası (RFEF) futbolçunu cəzalandıracaq, çünki La Liqanın sanksiyalar tətbiq etmək imkanı yoxdur. Hazırda federasiyanın "Real Madrid" oyunçusuna qarşı heç bir iddiası yoxdur.

Qeyd edək ki, 2023-cü ilin fevral ayının əvvəlində Böyük Mançester Polisi zorlamada günahlandırılan Qrinvuda qarşı bütün ittihamların ləğv edildiyini elan etdi. Yayda futbolçu ilə onu zorlamada ittiham edən qızın övladı olub.

Yayda Qrinvud icarə əsasında "Mançester Yunayted" dən "Xetafe" yə keçib.

Milli.Az


Etiketlər:  İnsident araşdırılır dodaq oxuyan mütəxəssis müəyyən edəcək


RƏYLƏR