Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2024 13:36
ABŞ-nin "Tesla" şirkəti proqram təminatının yenilənməsi məqsədilə təxminən 2,2 milyon avtomobilini geri çağırıb.
Sonxeber.net "Unikal"a istinadla xəbər verir ki, bu barədə ABŞ Yollarında Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Administrasiyasının saytında bildirilir.
Məlumata əsasən, 2.193.869 avtomobilin qüsur səbəbindən geri çağırılacağı diqqətə çatdırılır. "Associated Press" agentliyi xəbər verir ki, indikatorlardakı siqnal işıqları tələb olunduğundan kiçik ölçüyə malikdir. Bu isə texniki təhlükəsizlik üzrə mühüm informasiyanın oxunmasına çətinlik yarada, bununla da qəza riskini artıra bilər.
"Tesla" 2023-cü ilin dekabrında avtoidarəetmə sistemində problemlərin aradan qaldırılması üçün 2 milyon avtomobili geri çağırmışdı.