Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2024 20:24
Ötən il 480 min Azərbaycan vətəndaşı Rusiyaya səfər edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, bu, 2022-ci illə müqayisədə 45,4% çoxdur. Bununla da Azərbaycan vətəndaşları Rusiyaya səfər edən əcnəbilər arasında ilk 10-luqda yer alıblar.
Ümumilikdə ötən il Rusiyaya gedən xarici turistlərin sayı əvvəlki illə müqayisədə təxminən 18,6% artaraq 15,48 milyon nəfər təşkil edib.