Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mbappe "Real Madrid"də oynayacaq

Mbappe

Tarix: 3 Fevral 2024 22:06

Futbol üzrə Fransa millisinin hücumçusu, Kilian Mbappe hazırda çıxış etdiyi PSJ klubunu tərk edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.

Onun yeni komandası İspaniyanın "Real Madrid" klubu olacaq.

Bildirilib ki, Mbappenin "Real"la müqaviləsinin məbləği klub tarixində rekord ola bilər.

25 yaşlı futbolçu 2018-ci ildən PSJ-də çıxış edir.

Komandanın tərkibində beş dəfə Fransa çempionluğunu, üç dəfə isə ölkə kubokunun qalibiyyətini yaşayıb.

Milli.Az


Etiketlər:  Mbappe Real Madriddə oynayacaq


RƏYLƏR