Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dani məhkəmə qarşısına çıxacaq

Dani məhkəmə qarşısına çıxacaq

Tarix: 4 Fevral 2024 13:16

İspaniyanın "Barselona" klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş fevralın 5-də məhkəmə qarşısına çıxacaq.

Sonxeber.net report-a istinadən xəbər verir ki, proses Bakı vaxtı saat 13:00-da başlanacaq.

Prokurorlar keçmiş cinah müdafiəçisi üçün 9 il həbs cəzası istəyirlər.

Bundan əlavə, Alveşin zərərçəkənə 150 min avro təzminat ödəyəcəyi gözlənilir.

Qeyd edək ki, o, 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb.


Etiketlər:  Dani məhkəmə qarşısına çıxacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ