Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

20 yaşlı “Facebook”

20 yaşlı “Facebook”

Tarix: 4 Fevral 2024 18:12

Bu gün feysbuk sosial şəbəkəsinin istifadəyə verilməsinin 20 illiyi tamam olur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əvvəlcə ABŞ-nin nüfuzlu universitetlərində tələbələr arasında ünsiyyət üçün icad edilən sosial şəbəkə bütün dünyada populyarlıq qazanıb.

Ondan hər ay 3 milyard insan, planetin əhalisinin təxminən 40%-ni fəal şəkildə istifadə edir.

Şirkət vatsap və instaqram kimi məşhur proqramları özündə birləşdirərək illər ərzində sürətlə inkişaf edib.

Stilini dəyişdirən və 2021-ci ildə "Meta" adı ilə yoluna davam etmək qərarına gələn şirkət, məlumat təhlükəsizliyi, rəqabət pozuntuları və senzura ilə bağlı illər ərzində yaşanan qalmaqallar və tənqidlərin kölgəsində işini davam etdirir.

Milli.Az


Etiketlər:  20 yaşlı Facebook


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ