Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Stilist Anar bu dəfə Səidə Sultanı DƏYİŞDİ - VİDEO

Stilist Anar bu dəfə Səidə Sultanı DƏYİŞDİ - VİDEO

Tarix: 4 Fevral 2024 18:30

Müğənni Səidə Səltan imicinə "əl gəzdirib".

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi dəyişilmək üçün dünyca məşhur stilist və vizajist Anar Ağakişiyevə müraciət edib.

Anar Səidənin nəyinki simasını, saçlarını, hələ üstəlik geyim tərzini də 180 dərəcə dəyişib.

Anar qaynaq vasitəsilə müğənninin ağ rəngli "kare" saçlarını uzadıb və tünd çəhrayı rəngə boyadıb. Başına isə ilanlardan ibarət iri həcimli tac qoyub.

Səidə saç, makiyaj və tacını ön plana çıxartmaq üçün "təpədən-dırnağa" kimi əyninə qara geyim geyinib.

Səidə Sultanın dəyişilmiş halını təqdim edirik:

Milli.Az


Etiketlər:  Stilist Anar bu dəfə Səidə Sultanı DƏYİŞDİ VİDEO


RƏYLƏR