Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2019 05:00
Bakı. Trend:
Qahirədə Buheyra vilayətində boru kəmərinin partlaması nəticəsində altı nəfər ölüb, 15 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə və Əhali Nazirliyi bildirib.
Artıq mülki müdafiə qüvvələri yanğını lokallaşdıra biliblər.
Ölkənin Neft Nazirliyinin xüsusi açıqlamasına görə, "boru kəmərinin bu hissəsindəki vəziyyət nəzarət altındadır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin