Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çilidə meşə yanğınları qurbanlarının sayı 112 nəfərə çatıb - YENİLƏNİB

Çilidə meşə yanğınları qurbanlarının sayı 112 nəfərə çatıb - YENİLƏNİB

Tarix: 5 Fevral 2024 07:26

--------

07:26

Çilinin Valparaiso regionunda baş verən meşə yanğınları nəticəsində azı 112 nəfər ölüb.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə bazar günü Məhkəmə Tibbi Ekspertiza Xidməti məlumat yayıb.

Saat 21:00-a (Bakı vaxtı ilə saat 04:00) dair məlumatı təqdim edirik. Bu vaxta qədər 112 nəfərin meyiti Valparaiso məhkəmə-tibb şöbələrinə daxil olub", - deyə məlumatda bildirilir.

Bundan əvvəl 99 nəfərin öldüyü bildirilirdi.

Fevralın 2-də Prezident Qabriel Boric yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Bundan əlavə, yanğınsöndürənlərin sərbəst hərəkətini təmin etmək üçün rayon ərazisində saat 08:00-dan 12:00-dək komendant saatı tətbiq olunub. Səlahiyyətlilərin məlumatına görə, alov 40 min hektardan çox ərazini əhatə edib.

--------

22:30

2024.02.04

Valparaisoda meşə yanğınları nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Çili Prezidenti Qabriel Boric məlumat verib.

"Bu günə qədər təəssüf ki, 64 nəfərin öldüyünü təsdiq edə bilərəm. Biz bilirik ki, bu rəqəm xeyli artacaq", - deyə o bildirib.

Boric, həmçinin fevralın 5-dən etibarən ölkədə iki günlük matəm elan edib. Onun sözlərinə görə, təkcə Kilpe kommunasında yanğın nəticəsində 1,3 mindən çox ev yanıb.


Etiketlər:  Çilidə meşə yanğınları qurbanlarının sayı nəfərə çatıb YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ