Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əvvəl xərçəngdən öldüyü deyildi, sonra sağ olduğu ortaya çıxdı - FOTOlar

Əvvəl xərçəngdən öldüyü deyildi, sonra sağ olduğu ortaya çıxdı - FOTOlar

Tarix: 6 Fevral 2024 14:40

Hindistanlı aktrisa Punam Pandeyin xərçəngdən vəfat etdiyi bildirilib.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, Punamın sosial şəbəkə hesabında yayımlanan paylaşımda onun uşaqlıq boynu xərçəngindən dünyasını dəyişdiyi qeyd edilib.

Bundan sonra aktrisanın sosial şəbəkə hesabında başqa video da yayılıb. Həmin görüntülərdən Punamın sağ olduğu ortaya çıxıb.

Aktrisanın vəfat xəbərini yaymaqda məqsədin uşaqlıq boynu xərçənginə diqqət çəkmək olduğu düşünülüb.

Bu hal sosial şəbəkə istifadəçilərinin qəzəbinə tuş gəlib.

32 yaşlı Punamı belə xəbərlərlə gündəmi zəbt etdiyinə görə qınayıblar. Pandey hazırda bir çox filmdə çəkilsə də o zaman-zamana belə qalmaqallı paylaşımları ilə gündəmdə qalıb. 


Etiketlər:  Əvvəl xərçəngdən öldüyü deyildi sonra sağ olduğu ortaya çıxdı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ