Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

100-ə yaxın qohumunu itirdi… - Həyat onun üçün 04:17-də dayandı - FOTO

100-ə yaxın qohumunu itirdi… - Həyat onun üçün 04:17-də dayandı - FOTO

Tarix: 6 Fevral 2024 19:36

Türkiyədə mərkəzi Kahramanmaraşda olan zəlzələlərdə qızı, nəvəsi və kürəkəni də daxil olmaqla 100-ə yaxın qohumunu itirən Arif Anaç düz 1 il əvvəl dayandırdığı qol saatını hələ işə salmayıb.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, o, bu haqda "TRT Haber"ə danışıb.

Adıyaman şəhərində baş verən zəlzələlər zamanı Memar Sinan məhəlləsində 9 mərtəbəli binanın uçması nəticəsində qızı, nəvəsi və kürəkənini itirən Arif Anaç zəlzələ zamanı İstanbulda olduğunu və xəbəri alan kimi geri qayıtdığını bildirib:

"6 fevral mənim üçün qiyamətin məşqi oldu. Allah bunu bir daha düşmənimə belə göstərməsin".

Zəlzələnin ilk dəqiqələrində saat 04:17-də saatını dayandırdığını bildirən Anaç, "25 ildir saatımı istifadə edirəm. Fevralın 6-da saatı 04:17-yə qoyanda zaman mənim üçün dayandı. Çünki artıq əvvəlki kimi həyatım yoxdur", - deyə əlavə edib.

Milli.Az


Etiketlər:  100 ə yaxın qohumunu itirdi Həyat onun üçün 0417 dayandı FOTO


RƏYLƏR