Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Televiziyanın sədri çağırıb dedi ki, bu nə libasdır geyinmisən?” – VİDEO

“Televiziyanın sədri çağırıb dedi ki, bu nə libasdır geyinmisən?” – VİDEO

Tarix: 7 Fevral 2024 20:35

"Hesab edirəm ki, geyim yox, insanın hərəkətləri abırsız olur. Geyim zövqə, mentalitetə görədir... Bayramlarda bir cür geyim geyinilir, səhər, axşam efirlərinə isə başqa cür. Bir xalq və cəmiyyət olaraq geyimi müzakirə etmək səviyyəsinə enməməliyik. Çünki Sovet dövrü bitdi və biz artıq dünyaya açılmışıq. Hər bir sahədə bundan sonra dünya standartları ilə ayaqlaşmalıyıq. Bizi ailədə də öyrədiblər ki, ayıb yalan danışmaq, başqasına şər-böhtan atmaq, kiminsə dedi-qodusunu etməkdir. Geyim insanın zövqü ilə bağlıdır". 

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib. 

Sənətçi 34 il əvvələ qayıdaraq o illərdə Azərbaycan Televiziyasının Yeni il çəkilişinə geyindiyi geyimin ona problem yaratdığını söyləyib: 

"1990-ci ildə Azərbaycan Televiziyasının Yeni il çəkilişinə bir libas geyinmişdim. Onun uzun yırtmacı vardı. Televiziyanın sədri çağırıb dedi ki, bu nə libasdır geyinmisən? O zaman isə müstəqilliyə keçid alırdıq, amma ölkəmiz hələ də müstəqil deyildi. Ona cavab verdim ki, bu mənim əhval-ruhiyyəmlə bağlıdır və bu Yeni ildir. İstəmirəm ki, o 90-cı illərdəki söhbət indi olsun. Çünki üzərindən 34 ildən çox zaman keçib". 


Etiketlər:  Televiziyanın sədri çağırıb dedi libasdır geyinmisən VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ