Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2700-dən artıq yaşayış binasında istilik sistemi yenidən qurulub - Azəristiliktəchizat

2700-dən artıq yaşayış binasında istilik sistemi yenidən qurulub - Azəristiliktəchizat

Tarix: 14 Noyabr 2019 11:32

Bakı. Samir Əli - Trend:

Ötən illərlə müqayisədə "Azəristiliktəchizat" ASC-yə müraciətlərin sayı artıb.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında "Azəristiliktəchizat" ASC-nin sədrinin müavini İlham Mirzəliyev deyib. Onun sözlərinə görə, 10 il əvvəl bəzi ev və obyektlər istilik üçün quruma müraciət etməkdə maraqlı deyildilər:

"Əgər 10 il qabaq istilik təchizatının bərpası ilə bağlı 10-12 müraciət daxil olubsa, bu gün bu rəqəm il ərzində yüzlərlədir".

İ.Mirzəliyevin sözlərinə görə, təmsil etdiyi qurumun 3 əsas strategiyası var:

"Bu vaxta qədər 170 istilik məntəqəsi yaradılıb, 1500-dən artıq yaşayış binasında, 400-dən artıq məktəbdə istilik sistemi qurulub. Ümumilikdə 2700-dən artıq yaşayış binasında istilik sistemi yenidən qurulub".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  2700 dən artıq yaşayış binasında istilik sistemi yenidən qurulub Azəristiliktəchizat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ