Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zurabişvili xarici ölkənin casusu kimi çıxış etdi - Subari

Zurabişvili xarici ölkənin casusu kimi çıxış etdi - Subari

Tarix: 8 Fevral 2024 20:10

Salome Zurabişvilinin parlamentdəki illik çıxışı Gürcüstan prezidentinin çıxışı deyil, xarici casusun çıxışı olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Gürcüstanın "Xalqın Gücü" ictimai hərəkatının üzvü, deputat Sozar Subari deyib.

"Mən Salome Zurabişvilinin çıxışını tənqidi adlandıra bilmərəm. Bu, ölkəyə qarşı düşmən çıxışı idi. Bu, Gürcüstan prezidentinin deyil, xarici agentin çıxışı idi", - Subari "İmedi" telekanalında bildirib.

Qeyd edək ki, Zurabişvili bu illik hesabatının böyük hissəsini hökumətin tənqidinə həsr edib. Prezidentlə hakim komanda arasında bir müddətdir ki, münasibətlər korlanıb.

Milli.Az


Etiketlər:  Zurabişvili xarici ölkənin casusu kimi çıxış etdi Subari


RƏYLƏR