Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin Kadırovu mükafatlandırdı: Yeni təltif

Putin Kadırovu mükafatlandırdı: Yeni təltif

Tarix: 8 Fevral 2024 23:50

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Putin müvafiq fərmanı imzalayıb.

Kadırov bu mükafata "Rusiya dövlətçiliyinin möhkəmlənməsinə, ölkənin müdafiə qabiliyyətinə və Çeçenistan Respublikasının sosial-iqtisadi inkişafına verdiyi böyük töhfəyə görə" layiq görülüb.

Bundan əlavə, Çeçenistan parlamentinin sədri Maqomed Daudov da parlamentarizmin inkişafındakı böyük xidmətlərinə, fəal qanunvericilik fəaliyyətinə və uzun illər vicdanlı fəaliyyətinə görə III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Milli.Az


Etiketlər:  Putin Kadırovu mükafatlandırdı Yeni təltif


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ