Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İmran Xan qalib gəldi: seşkilərdə 12 ölü və yaralılar var - FOTO

İmran Xan qalib gəldi: seşkilərdə  12 ölü və yaralılar var - FOTO

Tarix: 9 Fevral 2024 08:39

Pakistanda açıqlanan ilk seçki nəticələrinə görə, İmran Xanın partiyası seçkilərdə qalib gəlib.

Milli.Az bildirir ki, Pakistanda parlament seçkiləri zamanı ölkədə rabitə kəsilib, səsvermə zamanı 12 nəfər ölüb.

Seçkilər ərəfəsində Bəlucistan əyalətində namizədlərin ofisləri yaxınlığında iki partlayış baş verib, 28 nəfər həlak olub.

Naməlum şəxslər seçki məntəqəsinə atəş açıb, bir polisi öldürüb; Ölkənin şimalında isə 4 təhlükəsizlik məmuru avtomobillərindəki bombanın partlaması nəticəsində həyatını itirib.

Hərbçilər seçki günü yerli toqquşmalarda 12 nəfərin öldüyünü bildirir.

Hazırkı hakimiyyət təhlükəsizliyi təmin etmək üçün 650 mindən çox hərbçi və polis əməkdaşını küçələrə çıxarıb, bütün ölkə ərazisində mobil rabitəni və interneti kəsib.

Pakistanda 128 milyon insanın səsvermə hüququ var. Komissiyalar indi bülletenləri hesablayır.

Milli.Az


Etiketlər:  İmran Xan qalib gəldi seşkilərdə 12 ölü yaralılar var FOTO


RƏYLƏR