Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bundesliqa: “Borussiya” rəqibinə aman vermədi

Bundesliqa: “Borussiya” rəqibinə aman vermədi

Tarix: 10 Fevral 2024 09:50

Almaniya Bundesliqasında 21-ci turun oyunları keçirilir.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, çempionatın iddialı komandalarından olan Dortmund "Borussiya"sı doğma meydanda "Frayburq"la üz-üzə gəlib.

16-cı dəqiqədə Malen hesabı açaraq ev sahiblərini önə çıxarıb. 45+7-ci dəqiqədə o, dublunu rəsmiləşdirib. 87-ci dəqiqədə isə Füllkruq fərqi üç topa çatdıraraq qarşılaşmada son nəticəni müəyyənləşdirib - 3:0.

Hazırda Dortmund klubu 40 xalla turnir cədvəlində 4-cüdür. "Frayburq" isə 28 xalla 7-ci pillədə qərarlaşıb.


Etiketlər:  Bundesliqa Borussiya rəqibinə aman vermədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ