Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2019 13:42
Bakı. Ceyhun Ələkbərov - Trend
Bakıda yol-nəqliyyat hadisəsində bir nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, Xətai rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir nəfər qadın xəsarət alıb. O təcili tibbi yardım vasitəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Mərkəzdən Trend-ə verilən məlumata görə, yaralanan şəxs 1981-ci il təvəllüdlü Ağayeva Səbinə Oqtay qızıdır. Ona diz və çiyinin əzilməsi diaqnozu qoyulub.
Qadın həkimlərin ilkin tibbi yardımından sonra ambulator müalicəyə yola salınıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin