Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyaşöhrətli Stiv Barakattın Heydər Əliyev Mərkəzində konserti olub - VİDEO - FOTOlar

Dünyaşöhrətli Stiv Barakattın Heydər Əliyev Mərkəzində konserti olub - VİDEO - FOTOlar

Tarix: 10 Fevral 2024 23:36

Fevralın 10-da Heydər Əliyev Mərkəzində Stiv Barakattın (Steve Barakatt) "Neoreallıq" dünya turu çərçivəsində konserti keçirilib. 

Onun Bakı konserti iki hissədən ibarət olub. Proqrama Barakattın son albomundan, eləcə də əvvəlki illərin ən sevilən əsərləri daxil edilib.

1973-cü ildə Kanadanın Kvebek şəhərində livanlı ailədə dünyaya göz açan musiqiçi, bəstəkar və prodüser Stiv Barakatt həm klassik musiqi, həm də caz ifa edir.

Stiv Barakatt musiqiçi olmaqla yanaşı, həm də BMT-nin Uşaq Fondu - UNICEF-in xoşməramlı səfiridir. Musiqiçi UNICEF-in himni olan "Laylay"ın müəllifidir. Diqqətçəkən məqamlardan biri də odur ki, bu himn kosmosda da səsləndirilib və himn üçün uşaq hüquqları ilə bağlı videoçarx da hazırlanıb. Musiqiçi Bakı konsertində həmin mahnını da ifa edib.

Konsert zamanı tamaşaçılarla fikirlərini bölüşən S.Barakatt ölkəmizdə ilk dəfə olduğunu, pərəstişkarları qarşısında sevilən əsərlərini ifa etməkdən məmnunluğunu bildirib. 

Qeyd edək ki, müxtəlif mükafatlara layiq görülmüş bəstəkar, pianoçu, musiqi prodüseri və kreativ direktor Stiv Barakatt dünyanın hər yerində yüzlərlə layihədə tanınmış incəsənət xadimləri, səsyazma şirkətləri, təşkilatlar, eləcə də dünyanın aparıcı orkestrləri ilə əməkdaşlıq edib. 2020-ci ildə isə Kvebekin Baş naziri tərəfindən Kvebek Milli Ordeninin kavaleri mükafatına layiq görülüb.

Milli.Az


Etiketlər:  Dünyaşöhrətli Stiv Barakattın Heydər Əliyev Mərkəzində konserti olub VİDEO FOTOlar


RƏYLƏR