Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2024 08:36
Birləşmiş Ştatlar Qərbi Afrikada Çin hərbi bazalarının yerləşdirilməsinə mane olmaq üçün diplomatik səylər göstərir.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, 2023-cü il avqustun sonlarında Qabonda çevrilişdən bir neçə həftə əvvəl o zamankı Prezident Əli Bonqo adı açıqlanmayan amerikalı məmura deyib ki, Çin lideri Si Szinpinə gizli şəkildə Pekinin Qabonun Atlantik okeanı sahillərində hərbi qüvvələri yerləşdirə biləcəyinə söz verib. ABŞ rəsmisinin sözlərinə görə, Amerikanın milli təhlükəsizlik müşavirinin birinci müavini Con Fayner daha sonra Bonqonu bu təklifdən imtina etməyə çağırıb, çünki ABŞ Atlantik okeanını özünün strateji cəbhəsi hesab edir və orada daimi Çin hərbi mövcudluğunu Amerikanın təhlükəsizliyinə ciddi təhdid hesab edir.
Amerika rəsmilərinin sözlərinə görə, Çin qitənin qərb sahillərində hərbi dəniz varlığını təmin etmək üçün pərdəarxası kampaniya aparır və iki ildən çoxdur, ABŞ Afrika liderlərini Çinin Atlantik Okeanının sularına çıxışından məhrum etməsinə inandırmaq üçün paralel səylər göstərir
Nəşr qeyd edir ki, indiyədək Atlantik okeanı sahilində yerləşən heç bir Afrika ölkəsi Çinlə hərbi saziş imzalamayıb. ABŞ-nin milli təhlükəsizlik rəsmisi nəşrə bildirib ki, Çinin Ekvatorial Qvineyada da oxşar planları var idi, lakin Vaşinqtonun Bata şəhərində Çin tərəfindən inşa edilən dərin dəniz ticarət limanında heç bir hərbi tikinti əlamətləri görməyib.