Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Deputatlığa namizəd güllələndi - FOTO

Deputatlığa namizəd güllələndi - FOTO

Tarix: 11 Fevral 2024 18:06

Meksikanın mərkəzi Morelos əyalətində hakim Morena partiyasından konqres (parlament) üzvlüyünə namizəd öldürülüb.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki,  hücum ölkədə keçirilən ümumi seçkilərə bir neçə ay qalmış baş verib.

Ekatepek bələdiyyəsinin rəhbərinin sözlərinə görə, siyasətçi Yair Martin Romero qardaşı ilə birlikdə güllələnib.

Qeyd edək ki, son illər Meksikada seçkilər tez-tez siyasi zorakılıq və hücumlar fonunda keçirilir. Belə ki, 2021-ci ildə keçirilən aralıq seçkiləri ərəfəsində onlarla siyasətçi və deputatlığa namizəd öldürülüb.

Milli.Az


Etiketlər:  Deputatlığa namizəd güllələndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ