Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2024 18:12
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında yerləşən Rəfah şəhərinin Fələstin HAMAS hərəkatının son qalası olduğunu və İsrail əsgərlərinin bu şəhəri almağa hazırlaşdığını bildirib.
Sonxeber.net olke-a istinadən bildirir ki, bu barədə İsrailin Baş naziri ABC televiziyasına müsahibəsində bildirib.
"Biz bunu edəcəyik. Biz HAMAS-ın terrorçu batalyonlarını sonuncu qalaları olan Rəfahdan vurub çıxaracağıq və oranı alacağıq.", - Netanyahu bildirib.
Bundan əlavə, o qeyd edib ki, İsrailin HAMAS-la silahlı münaqişədə qələbəsi artıq yaxındır.
Qeyd edək ki, bundan əvvəl Netanyahu bəyan etmişdi ki, beynəlxalq ictimaiyyətin təzyiqi səbəbindən Rəfah şəhərində HAMAS hərəkatının məhv edilməsi əməliyyatı martın 10-dək başa çatdırılmalıdır.