Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2024 13:04
Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorqyan azadlığa buraxılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Ani Gevorqyan və işlə saxlanılan Lili Mkryan girov müqabilində zaminə buraxılıblar.
Xatırladaq ki, 1 fevral tarixində Ani Gevorqyan saxlanılıb və onun saxlanılmasına səbəb kimi onun İqtisadiyyat Nazirliyinin elan etdiyi tenderlərdən birində "Synergy" şirkətinin əməkdaşı kimi iştirak etməsi göstərilib, işlə bağlı 7 nəfər saxlanılıb.