Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2024 14:30
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Avropa İttifaqı (Aİ) Tərəfdaşlıq Şurasının beşinci iclasında iştirak etmək üçün Brüsselə işgüzar səfərə gedib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, görüş fevralın 13-də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin iştirakı ilə baş tutacaq.
Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin icrası prosesi, o cümlədən Ermənistanın həyata keçirdiyi islahatlar, eləcə də müxtəlif sahələrdə tərəfdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq.
Ermənistan XİN başçısının səfəri iki gün davam edəcək.