Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2019 16:16
Bakı. Trend:
Moldova parlamenti baş nazir qismində İon Kikunun namizədliyini təsdiq edib.
Trend-in məlumatına görə, 101 deputatdan 62-i yeni nazirin hökumət qurmasını dəstəkləyib.
Qeyd edək ki, noyabrın 12-də Maya Sandunun başçılıq etdiyi hökumət istefaya getmişdi.
Ölkə prezidenti İqor Dodon ötən gün sabiq maliyyə naziri İon Kikunun namizədliyini baş nazir vəzifəsinə irəli sürmüşdü.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin