Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2024 16:40
Peşman oldum 2 gün idmana gedim, bir özümə gəlməyə çalışım... Necə xəstələndimsə düzələ bilmirəm. Üstünüzə sağlıq. Ümumiyyətlə nə vaxt idmanı paylaşıramsa, bu günə düşürəm, nəsə olur mənə.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu sözləri influenser Aynişan Quliyeva instaqramda paylaşıb. O, xəstəliyi çox ağır keçirdiyini bildirib.
"Özü də 1 saat içində necə xəstələndim özüm də bilmədim. Elə ağır oldum ki, elə bil günlərlə üst-üstə yığılıb. Hər gün qızdırma və səhərə kimi dayanmadan həyatımda heç görmədiyim öskürək, 4 gündü bu vəziyyətdir. Bütün bədən isə elə ağrıyır elə bil döyülüb. 2 dəfə koronavirus olan bir insan kimi, deyə bilərəm ki, bu, daha da ağırdı", - Aynişan qeyd edib.