Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ana 4 yaşlı uşağını gecə küçəyə atıb - YENİLƏNİB - FOTO

Bakıda ana 4 yaşlı uşağını gecə küçəyə atıb - YENİLƏNİB - FOTO

Tarix: 14 Fevral 2024 11:36

DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Qafqazinfoya bildirib ki, fevralın 13-ü gecə saatlarında Yasamal rayonu ərazisində avtomobildən düşürülərək nəzarətsiz vəziyyətdə küçəyə buraxılan 4 yaşlı oğlan uşağının təhlükəsizliyi polis əməkdaşları tərəfindən təmin olunub:

"Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həmin uşaq sığınacağa yerləşdirilib. Araşdırma aparılır".

-------

09:53

Bakıda küçədə dörd yaşlı uşaq tapılıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Facebook" hesabında yazıb. 

O bildirib ki, uşağı polis aşkarlayaraq sığınacağa gətirib. 

Birlik sədrinin sözlərinə görə, dörd yaşlı oğlanı anası bu gecə küçədə tək qoyaraq tərk edib.


Etiketlər:  Bakıda yaşlı uşağını gecə küçəyə atıb YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ