Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2019 17:54
Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Zaminbank" ASC-nin vəzifəli şəxsləri - Şahin İlyasov, Anar Osmanov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxslərə cəza istəyib.
Dövlət ittihamçısı Ş.İlyasovun 6 il azadlıqdan məhrum edilməsini, digər təqsirləndirilənlərə isə 5 il şərti cəza istəyib.
Məhkəmə müşavirəyə yollanıb.
Qeyd edək ki, təqsirləndirilən Şahin İlyasov "Zaminbank"ın "Sumqayıt" filialının müdiri, Anar Osmanov xəzinə şöbəsinin müdiri, Anar Həsənov bankın kredit şöbəsinin əməkdaşı, Zərifə Abıyeva isə bankın əməkdaşı olub.
Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar ayrı-ayrı şəxslərin adına kredit artıraraq bankın pulunu mənimsəməkdə təqsirləndirilirlər.
Təqsirləndirilən şəxslər, ümumilikdə, banka 1 milyon 337 min manat ziyan vurmaqda təqsirləndirilirlər. Məhkəmədə həmin məbləğin ödənildiyi bildirilib.
Təqsirləndirilənlər barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin