Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Lohusa” Türk komediyası“CinemaPlus”da - VİDEO

“Lohusa” Türk komediyası“CinemaPlus”da - VİDEO

Tarix: 14 Fevral 2024 12:36

Fevralın 15-dən yalnız "CinemaPlus" kinoteatrlar şəbəkəsində "Lohusa" Türk komediyasının nümayişi başlayır.

Filmin rejissoru Kıvanç Baruönüdür.

Baş rolları Gupse Özay, Onur Gürçay və Hazal Türesan canlandırıblar.

Məşhur komediya aktrisası Gupse Özay balaca övladı ilə yeni həyata uyğunlaşmağa çalışan gənc ana rolunu oynayır. Aktrisa özü də bu yaxınlarda ana oldu, ona görə də bütün duyğular və çətinliklər onun üçün çox tanış idi.

Film haqqında qısaca: Burcu və Onur uşaq sahibi olacaqları günü həyəcanla gözləyən evli cütlükdür. Hamiləliyi boyunca doğuşdan sonra onu gözləyən həyatla bağlı deyilənlərə əhəmiyyət verməyən Burcu, doğum sonrası depressiyaya düşməyəcəyinə əmindir. Ancaq doğuşdan sonra körpəsinə tək baxması, yuxusuz qalması, hormonlarının dəyişməsi onun tamam başqa reallıqlarla üzləşməsinə və gülməli hadisələrlə qarşılaşmasına səbəb olur.

"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Milli.Az


Etiketlər:  Lohusa Türk komediyasıCinemaPlusda VİDEO


RƏYLƏR