Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ailəsini məhv edən Əhmədin dayısı tanınmış iş adamı imiş - FOTO

Ailəsini məhv edən Əhmədin dayısı tanınmış iş adamı imiş - FOTO

Tarix: 14 Fevral 2024 14:16

Ötən gün Bakıda oğlu tərəfindən qətlə yetirilən 59 saylı məktəbin direktoru Bikə Bədəl qızı Əhmədova bağlı yeni məlumat yayılıb.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, mərhum Bikə Əhmədova Moskvadakı "Bakı bulvarı" restoranlar şəbəkəsini işlədən Niyaz Bədəlovun bacısıdır.

O da bildirilir ki, Niyaz Bədəlov tanınmış azərbaycanlı milyarder Qod Nisanovun Moskvadakı biznesini idarə edir.

Əslən Neftçaladan olan Niyaz Bədəlovun imkanlı və uğurlu iş adamı olduğu qeyd olunur.

Qeyd edək ki, fevralın 13-də paytaxtın Xətai rayonunda 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Bikə Bədəl qızı Əhmədovanı, qardaşı - 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bacısı - 1997-ci il təvəllüdlü Elmira Mehman qızı Əhmədova və onun azyaşlı övladını qətlə yetirib.

Milli.Az


Etiketlər:  Ailəsini məhv edən Əhmədin dayısı tanınmış adamı imiş FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ