Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real"ın futbolçusu Mbappenin transferi ilə bağlı sualı cavablandırdı: "Yaxın həftələrdə..."

Tarix: 14 Fevral 2024 17:34

"Real Madrid"in fransalı yarımmüdafiəçisi Orelyen Tuçameni Çempionlar Liqasında "RB Leipzig"lə oyundan (1:0) sonra həmyerlisi Kilian Mbappenin klubuna mümkün transferi ilə bağlı sualı cavablandırıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, "Mbappe "Real Madrid"ə keçəcək? Xeyr, bu barədə mənə heç nə deməyib. Biz bu barədə paltardəyişmə otağında danışırıq, çünki bu, vacib mövzudur. Ümid edirik ki, yaxın həftələrdə vəziyyət daha da aydınlaşacaq", - futbolçu bildirib.

Qeyd edək ki, Fransız forvard 2018-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm Mbappe PSJ-nin heyətində bütün turnirlərdə 29 oyun keçirib, 30 qol vurub və 7 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı Mbappeni 180 milyon avro qiymətləndirir.

Fransız futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Milli.Az


Etiketlər:  Realın futbolçusu Mbappenin transferi ilə bağlı sualı cavablandırdı Yaxın həftələrdə


RƏYLƏR