Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2024 18:39
Oman Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.
Sizin yeni prezidentlik dövrünüzdə xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərimizi daha da gücləndirmək niyyətimizi bir daha bildirirəm.
Dost Azərbaycanın və onun xalqının daha çox tərəqqi və firavanlığı naminə fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm".