Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nastyanın "çılpaq gecə"si başına bəla oldu - FOTO

Nastyanın

Tarix: 14 Fevral 2024 19:40

Xəbər verdiyimiz kimi, aparıcı-aktrisa Nastya İvleeva ötən ilin dekabrında çılpaq parti təşkil etmişdi.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, qalmaqala səbəb olan hadisədən sonra aparıcının böyük problemləri yaranıb. Bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.

Hazırda reklamçılar onunla kütləvi şəkildə müqavilələri pozur və layihələrdə əvəzləyici axtarırlar. Artıq yaxın gələcəkdə çəkilişləri planlaşdırılan iki teleserialda və bir tammetrajlı filmdə Nastyanın yer almayacağı da bəlli olub.

İvleeva çips və qazlı su istehsal edən şirkəti də fəaliyyətini dayandırılıb. Nadir hallarda evdən çıxan aparıcı artıq sosial şənliklərə də qatılmır. O, hazırkı vəziyyətinə görə restoranlara yox, fəst-fuda üstünlük verir.

Qeyd edək ki, partidən qəzəblənən ictimai fəallar hadisədən şikayətləniblər. Onlar Lolita, Kseniya Sobçak, Filip Kirkorov, Dima Bilan kimi tədbir iştirakçılarının əsas televiziya kanallarında çıxışına qadağa qoyulmasını tələb ediblər.

Milli.Az


Etiketlər:  Nastyanın çılpaq gecəsi başına bəla oldu FOTO


RƏYLƏR