Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ailəsinin ''PUBG'' oynamasına icazə verməyən oğlan özünü yaraladı - FOTO

Ailəsinin ''PUBG'' oynamasına icazə verməyən oğlan özünü yaraladı - FOTO

Tarix: 15 Fevral 2024 06:02

Türkiyənin Samsun şəhərində ailəsinə "PUBG" adlı onlayn oyun oynamağa icazə verməyən 12 yaşlı uşaq tapança ilə özünə atəş açıb.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, hadisə dünən axşam yerli vaxtla saat 21:00 radələrində Vezirköprü rayonunda baş verib.

İddiaya görə, 12 yaşlı E.C. ailəsi ona sözügedən oyunu oynamağa icazə vermədiyi üçün yataq otağına gedərək tapança ilə başına atəş açıb.

Vezirköprü Dövlət Xəstəxanasına aparılan uşağın ilkin tibbi yardım göstərildikdən sonra Samsun Ondokuz Mayıs Universiteti Tibb Fakültəsi Xəstəxanasına köçürülməsinə qərar verilib.

Təcili yardım maşınında ürəyi dayanan uşağı sağlamlıq qrupları uşağı ən yaxın Samsun Təhsil və Araşdırma Xəstəxanasına aparıb.

Müdaxilədən sonra uşağın ürəyi yenidən işə salınıb və həkim nəzarəti altında Samsun Ondokuz Mayıs Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb.

Onun reanimasiya şöbəsində müalicəsinin davam etdiyi və səhhətinin ağır olduğu bildirilir.


Etiketlər:  Ailəsinin PUBG oynamasına icazə verməyən oğlan özünü yaraladı FOTO


RƏYLƏR