Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail Nəbatiyyəni dronla vurub, 8 livanlı öldü

İsrail Nəbatiyyəni dronla vurub, 8 livanlı öldü

Tarix: 15 Fevral 2024 09:24

İsrailin Livanın cənubundakı Nəbatiyyə şəhərini vurması nəticəsində ölənlərin sayı artıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Livan Qızıl Xaç Cəmiyyətinin yerli bölməsi məlumat yayıb.

Meslax yaşayış massivindəki üçmərtəbəli evə endirilən zərbə nəticəsində 8 nəfər ölüb.

Partlayış qonşu binalara və küçədəki avtomobillərə ziyan vurub.

Son bir gündə Livanın cənubunda İsrailin hücumları zamanı 13 nəfər ölüb, 11 nəfər yaralanıb.

Nəbatiyyə paytaxt Beyrutdan 75 kilometr məsafədə yerləşir.

Milli.Az


Etiketlər:  İsrail Nəbatiyyəni dronla vurub 8 livanlı öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ