Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2019 20:00
Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Mehti Mehtiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il 6 ay azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.
İttihama görə, ev alqı-satqısı ilə məşğul olan Mehti Mehtiyev "Yüksəliş-C" MMC və "Yeni Yasamal" MTK-dan bir mənzili bir neçə nəfərə satıb.
"Yüksəliş-C" MMC və "Yeni Yasamal" MTK-da bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı şikayətlərdən sonra şirkətlərin rəhbəri Cahangir Alışov və digərləri həbs edilib. Bundan sonra Mehti Mehtiyevin də əməlinin üstü açılıb.
M.Mehtiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin