Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özündən 13 yaş kiçik azərbaycanlı sevgilisindən ayrıldı - FOTO

Özündən 13 yaş kiçik azərbaycanlı sevgilisindən ayrıldı - FOTO

Tarix: 15 Fevral 2024 15:05

44 yaşlı rusiyalı aparıcı, aktrisa və model Viktoriya Bonya 31 yaşlı azərbaycanlı sahibkar Ruslan Həsənovdan ayrılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bonya bu haqda instaqramda bildirib:

"Biz daha birlikdə deyilik. Biz Ruslan Həsənovla bir-birimizə böyük hörmətlə yanaşırıq və bizim ayrılığımız mübahisələrlə, satqınlıqla və ya digər səbəblərlə əlaqəli deyil.

Biz son bir neçə ili bir-birimizə sadiq qalaraq keçirdik. Əminəm ki, bu, uzun və gözəl həyatda taleyin bizi tanış etdiyinə görə həmişə şad olacağıq.

Biz bir-birimizdən çox şey öyrəndik. Lakin həyatın indiki məqamında görürəm ki, bu yolun davamını ayrı-ayrı getmək daha yaxşıdır.   

Ümumiyyətlə, insanların bir-birinə rast gəlməsi və sevərək tərk etməsi elə gözəldir ki! Bu, münasibətlərin incəsənətidir - insanlar hətta birlikdə olmadıqda da bir-birini qoruyub saxlaya bilir!"

Xatırladaq ki, daha əvvəl R. Həsənov toy haqda açıqlama verərək onu Azərbaycan ənənələri ilə etmək istədiyini bildirmişdi. 

Milli.Az


Etiketlər:  Özündən yaş kiçik azərbaycanlı sevgilisindən ayrıldı FOTO


RƏYLƏR