Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gülay Kamillə münasibətlərindən danışdı: "Kamili sevən insanlar...”

Gülay Kamillə münasibətlərindən danışdı:

Tarix: 16 Fevral 2024 11:05

"Kamili də, məni də sevən insanlar çoxdur. Biz birlikdə olanda insanlar üçün çox maraqlı olur".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı "Xəbərin var?" proqramında deyib. Sənətçi qızı Sahilə və övladının atası, idmançı Kamillə Zeynallı ilə münasibətlərindən danışıb:

"Qızım Sahilə o gün dərsdən çıxıb atası ilə restorana yemək yeməyə gedib. Mən də işlərimi bitirib yanlarına getdim. Görürəm ki, ətrafdakı insanlar yeməyi kənara qoyub bizə baxırlar. Biz insanlara maraqlıyıq. Onlar bizi sevir və diqqət ayırır. Göz önündə və diqqət mərkəzində olmağı çox sevirəm. Həm mən, həm də Kamil birdən-birə bu yerə gəlib çıxmamışıq. Hər ikimizin çox böyük əziyyətimiz və zəhmətimiz olub. Əgər biz indi bunun bəhrəsini görürüksə, bu bizə yalnız xoşbəxtlik verə bilər".

Milli.Az


Etiketlər:  Gülay Kamillə münasibətlərindən danışdı Kamili sevən insanlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ