Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanov: “Eyforiyaya qapılmalı deyilik” - MÜSAHİBƏ - VİDEO

Qurban Qurbanov: “Eyforiyaya qapılmalı deyilik” - MÜSAHİBƏ - VİDEO

Tarix: 16 Fevral 2024 11:56

"4:2 hesabı ilə qələbə qazandıq, amma bu rəqibin əsil gücünü ifadə etmir".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu Avropa Liqasının pley-off mərhələsinin ilk matçında "Braqa"ya 4:2 hesabı ilə qalib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Portuqaliya təmsilçisinin təhlükəli komanda olduğunu və mərhələnin taleyinə cavab matçında aydınlıq gələcəyini bildirib: "Futbolçuları təbrik edirəm. Sürətli və təhlükəli əks-hücumları olan komandaya qarşı oynadıq. Oyunçular əla çıxış etdilər. Bu hesab "Braqa" kimi komandalarla oyunda mərhələ keçmək demək deyil. Bakıda cavab matçı var və diqqətli olmalıyıq. Rəqib güclü çempionatda çıxış edir, amma bu amil bizim zəif olduğumuzu göstərmir. Belə qələbələr "Qarabağ"a, Azərbaycan futboluna böyük inam verir. Futbolçular çox əzimkarlıq göstərdilər".

- Bu nəticənin futbolçulara təsir edəcəyindən narahat deyilsiniz?

- Düzü, bir az narahatam, nəticə futbolçulara təsir göstərə bilər. Hər kəsi anlayıram, amma diqqətli olmalıyıq. Rəqib "Braqa" kimi komandadır.

- Azərbaycanda belə nəticə gözləyirdilər?

- "Braqa"nın dünya futbolundakı mövqeyi və çıxış etdiyi çempionatı nəzərə alsaq, bunu normal qarşılamaq lazımdır. Məni tanıyanlar proqnoz verməyi sevmədiyimi bilirlər. Məncə, şanslar hələ də bərabərdir. Tarixdə öz meydanında uduzub, cavab matçında səfərdə uğur qazanan çox komandalar olub. Cavab matçına ciddi yanaşmalıyıq və eyforiyaya qapılmalı deyilik.

- Gənc oyunçu Nəriman Axundzadə son saniyələrdə 5-ci qolu vura bilmədi və buna görə ağlayırdı. Onunla danışdınız?

- Hələlik, onunla danışmaq imkanım olmayıb. Soyunub-geyinmə otağında Nərimanı görmədim. Qolu qaçırdıqdan sonra meydanda ağlamağa başladı. Ona inanırıq və inkişaf etmək üçün zamanı var.

Milli.Az


Etiketlər:  Qurban Qurbanov Eyforiyaya qapılmalı deyilik MÜSAHİBƏ VİDEO


RƏYLƏR