Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DTX bu klubun futbolçularını sorğu-sual etdi

DTX bu klubun futbolçularını sorğu-sual etdi

Tarix: 16 Fevral 2024 13:46

Azərbaycan futbolunda oyun alğı-satqı məsələsi gündəmdən düşmür.

Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, daha bir klub bu məsələdə şübhəli bilinir. Söhbət "İrəvan"dan gedir. Qərbi Azərbaycan təmsilçisinin 7 üzvü dünən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən sorğu-sual edilib. Onlar Azərbaycan Kubokunun 1/8 finalında "Araz-Naxçıvan"la (2:8) oyunun nəticəsinə görə dindiriliblər.

Bu məlumatı saytımıza açıqlamasında "İrəvan"ın prezidenti Zahid Niyazəliyev də təsdiqlədi:

"Dünən futbolçuları bu məsələ ilə bağlı dindirilib. Oyunçular "Araz-Naxçıvan"la kubok matçına görə sorğu-sual edilib. Məsələ ilə bağlı araşdırma davam edir".


Etiketlər:  klubun futbolçularını sorğu sual etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ