Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rəqiblərimizin qorxulu yuxusu ola bilirik'' - Ərdoğandan təbrik

''Rəqiblərimizin qorxulu yuxusu ola bilirik'' - Ərdoğandan təbrik

Tarix: 15 Noyabr 2019 00:52

"Uzun və yorucu səfərdən qayıtmağımıza baxmayaraq, millinin oyununu izləyib, bu anı birgə yaşamaq istədik.Andorra ilə matçımız qalıb. Hazırda Fransa ilə yarışırıq. Onların da Albaniya ilə oyunları var. Bu axşam necə olursa-olsun, 1 xal qazandıq".

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan ölkəsinin futbol komandasının Avro-2020-nin seçmə mərhələsində İslandiya ilə bərabərə qaldığı oyunu (0:0) şərh edərkən deyib.

O, bu nəticədən sonra Avro-2020-nin final mərhələsinə vəsiqəni təmin edən Türkiyə yığmasını təbrik edib: "Çox gənc və dinamik komandamız var. Həm müdafiədə, həm də hücumda lazım olduqda anidən hücumlarla rəqiblərimizn qorxulu yuxusu ola bilirik. Buna görə başda Şenol Güneş və məşqçi heyəti olmaqla, idmançılarımızı, federasiyanın prezidentini və nümayəndələri təbrik edirəm. Son görüşdə də qələbə qazanıb, yolumuza davam edək".

 


Etiketlər:  Rəqiblərimizin qorxulu yuxusu bilirik Ərdoğandan təbrik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ