Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2019 01:16
Bakı. Trend:
"Facebook Messenger" sosial şəbəkəsinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.
Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən ABŞ, Böyük Britaniya, Polşa, Danimarka, Portuqaliya və Yunanıstanda müşahidə edilir.
Bildirilir ki, istifadəçilərin təxminən 58 faizi ismarıcların alınmasında, təxminən 25 faizi xidmətə qoşulmaqda, 16 faizi isə tətbiqə daxil olmaqda çətinliklə üzləşiblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin