Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şiddətli döyüşlərin olduğu Avdeyevka şəhərindən GÖRÜNTÜLƏR - FOTOlar

Şiddətli döyüşlərin olduğu Avdeyevka şəhərindən GÖRÜNTÜLƏR -  FOTOlar

Tarix: 17 Fevral 2024 12:00

Ukraynanın Donetsk vilayətində yerləşən Avdeyevka şəhəri uğrunda şiddətli döyüşlər gedir. 

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Rusiya Silahlı Qüvvələri şəhəri ələ keçirmək üçün hava və qurudan Ukrayna ordusunun mövqelərinə ağır zərbələr endirir.

Rusiya ordusunun irəliləməsini dayandırmaq üçün təcili olaraq Avdeyevkaya  Ukrayna Silahlı Qüvvələrinin hücum briqadası göndərilib. 

Hazırda şəhər uğrunda şiddətli döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən ciddi itkilərin olduğu deyilir. 

Qeyd edək ki, Avdeyevka şəhərində dəmiryol stansiyası, koks-kimya, elektromexanika, keramika, dəmir-beton məmulatı zavodları, dəmiryol nəqliyyat müəssisələri və başqa vacib obyektlər var. 

Milli.Az


Etiketlər:  Şiddətli döyüşlərin olduğu Avdeyevka şəhərindən GÖRÜNTÜLƏR FOTOlar


RƏYLƏR