Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2024 13:50
"ABŞ-nin Aleksey Navalnının ölümünə reaksiyası Rusiyanın daxili işlərinə qarışmaq cəhdlərinə bərabərdir".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov deyib.
"Bu vəziyyətdə hadisənin bütün detallarını aydınlaşdırmaq vacibdir. Lakin yerli siyasətçilər gözləmək istəmirlər və artıq hər şeydə Rusiya hakimiyyətini günahlandırıblar", - deyə səfir qeyd edib.
Onun sözlərinə görə, burada Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinə səbəb axtarılır. Antonov bu cür siyasətin qəbuledilməz olduğunu vurğulayıb.
Rusiyalı siyasətçi Aleksey Navalnı fevralın 16-sı dünyasını dəyişdikdən sonra dünya ictimaiyyəti və siyasətçilər onun ölümü barədə şərhlər verib. ABŞ Prezidenti Co Bayden də Ağ Evdə keçirilən mətbuat konfransı zamanı sözügedən məsələyə toxunaraq Navalnının ölümündə Rusiya hakimiyyətini ittiham edib və onların məsuliyyət daşıdığını bildirib: "Navalnının cəsarəti unudulmayacaq".
Rusiyaya qarşı çox sayda sanksiya tətbiq edildiyini xatırladan Bayden, Navalnının ölümü ilə bağlı ölkəyə əlavə sanksiyaların tətbiq edilə biləcəyini qeyd edib.